Türkiyədə mebel zavodu YANIR

 19:47 27.05.2025     172

Türkiyənin İzmir şəhərində mebel zavodu yanır.

Redaktor.az xəbər verir ki, hadisə İnönü məhəlləsində qeydə alınıb.

Yanğın zamanı iki nəfər tüstüdən zəhərlənib və onlara tibbi yardım göstərilib.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Yanğının səbəbi məlum deyil.