İstanbulda 7 saatlıq su kəsintisi OLACAQ

 23:05 27.05.2025     166

İstanbulda aparılacaq vana yeniləmə işləri səbəbilə bu axşam saat 23:00-dan sabah saat 06:00-a qədər Böyükçəkməcə, Çatalca və Silivri rayonlarının bəzi məhəllələrinə su verilməyəcək.

Redaktor.az xəbər verir ki, bu barədə İstanbul Su və Kanalizasiya İdarəsi (İSKİ) məlumat yayıb.

Məlumatda bildirilib ki, Böyükçəkməcə Su Təmizləmə Şöbə Müdirliyinin Silivri xəttində təmiz su ötürmə stansiyasında aparılan işlər səbəbilə su təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Su verilməyəcək məhəllələr bunlardır:

Böyükçəkməcə: Mimarsinan, Muratçeşme, Türkoba, Mimaroba, Sinanoba, Ekinoba, Ulus, Hürriyet, Ahmediye, Güzelce, Bahçelievler, Yenimahalle, Kumburgaz, Kamiloba, Celaliye

Çatalca: Çakıl, Ovayenice, Elbasan, Ferhatpaşa, Kaleiçi, Muratbey

Silivri: Yenimahalle, Cumhuriyet, Mimarsinan, Çanta üst kotları, Semizkumlar, Selimpaşa

İSKİ, vətəndaşlardan mümkün su ehtiyatı görmələrini tövsiyə edib.

Kənan YUSİF