Ankarada ana və iki uşağı sahibsiz itlərin hücumuna məruz QALDI

Ankaranın Mamak rayonunda yaşayan Sevgi Aydemir, iki uşağını məktəbə apararkən sahibsiz itlərin hücumuna məruz qalıb. Hadisə zamanı uşaqlardan biri yerə yıxılıb.
Redaktor.az xəbər verir ki, hadisə Kıbrısköy məhəlləsində baş verib.
Aydemir, səhər saatlarında iki uşağını məktəbə apararkən qarşılarına çıxan səkkiz sahibsiz itin hücum etdiyini bildirib. Ana və uşaqlar qaçaraq canlarını qurtarıb, lakin böyük qorxu yaşayıblar.
Sevgi Aydemir baş verənlərdən sonra sahibsiz itlərin toplanmasını tələb edib. O, belə halların təkrarlanmaması üçün tədbir görülməsini istəyib.
Kənan YUSİF