Türkiyənin ikinci ən böyük gölü hər il daha da QURUYUR

 23:14 27.05.2025     169

Türkiyənin ikinci ən böyük gölü olan Duz Gölü, illər keçdikcə sürətlə quruyur. 1987–1990-cı illərdə aparılan araşdırmalarda gölün sulu sahəsi təxminən 130 min futbol meydançasına bərabər olduğu halda, son illərdə bu rəqəm cəmi 13 min futbol meydançasına qədər azalıb.

Redaktor.az xəbər verir ki, Ankara, Konya və Aksaray vilayətlərinin sərhədlərində yerləşən Duz Gölü, bioloji müxtəlifliyin qorunması baxımından ölkənin mühüm ərazilərindən biri hesab olunur.

Əsasən flaminqo olmaqla minlərlə quş növünə ev sahibliyi edən göl, yağıntı azlığı və qlobal istiləşmənin təsiri ilə getdikcə daralır.

Kənan YUSİF