Türkiyədə ana südünün satışı qadağan EDİLDİ

Türkiyə Ticarət Nazirliyi ana südünün pərakəndə və elektron ticarət yolu ilə satışının qadağan edildiyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, nazirliyin yaydığı yazılı məlumatda qeyd olunub ki, körpələrin sağlam inkişafında həyati əhəmiyyətə malik və əvəzolunmaz olan ana südü fərdin sağlamlıq vəziyyəti, qidalanma vərdişləri və keçmiş infeksiya tarixçəsi kimi şəxsi amillərdən təsirlənir. Bu səbəbdən, südün satışa çıxarılması insan sağlamlığı baxımından təhlükə yaradır və etik baxımdan da uyğun deyil.
Kənan YUSİF