Ərdoğan məhkəməni uddu - 70 min təzminat alacaq

 02:24 28.05.2025     214

Ankara Hüquq Məhkəməsi müxalif Səadət Partiyasının keçmiş sədri Temel Karamollaoğlunun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı ifadələrinə görə 70 min lirə mənəvi təzminat ödəməsinə qərar verib.

Redaktor.az “Anadolu”ya istinadla xəbər verir ki, bu barədə Türkiyə dövlət başçısının vəkili Hüseyn Aydın məlumat yayıb.

“Təməl Karamollaoğlunun 2024-cü il fevralın 22-də televiziya kanalında Prezidentin guya mərhum “Nəcməddin Ərbakanı həbs etdirməyə və evini polislə mühasirəyə alaraq onu gözdən salmağa çalışdığı” iddiası ilə bağlı məhkəmə prezidentimizin xeyrinə qərar verib”, - o bildirib.