Türkiyə Ticarət Nazirliyi Qurban Bayramı öncəsi yoxlamaları gücləndirdi

Türkiyə Ticarət Nazirliyi Qurban Bayramı ərəfəsində qiymət artımları və süni bahalaşma hallarının qarşısını almaq məqsədilə yoxlamaların daha da intensivləşdirildiyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, nazirlikdən verilən məlumatda qeyd olunub ki, vətəndaşların iqtisadi hüquqlarını qorumaq məqsədilə hər cür fürsətçi və spekulyativ təşəbbüslərə qarşı ciddi və prinsipial mövqe sərgilənir. Bildirilib ki, xüsusilə alış-veriş mərkəzləri, zəncir marketlər, ərzaq və bayramlıq məhsulların satıldığı məntəqələr 81 vilayətdə fasiləsiz nəzarətdə saxlanılır.
Nazirlik vətəndaşların təhlükəsiz və rahat alış-veriş edə bilməsi üçün nəzarət tədbirlərinin bayram günlərində də davam etdiriləcəyini bildirib. Eyni zamanda, bayram səbəbilə səyahət edən vətəndaşların istirahət məntəqələrində qarşılaşa biləcəyi neqativ halların qarşısının alınması üçün bütün rəsmi qurumlarla əməkdaşlıq şəraitində tədbirlərin həyata keçiriləcəyi vurğulanıb.
Ticarət Nazirliyi vətəndaşlara çağırış edərək, şahidi olduqları fürsətçilik hallarını dərhal quruma bildirmələrini istəyib.
Kənan YUSİF