Araz Musayevi Türkiyədə bıçaqlayan Azərbaycan vətəndaşları imiş - YENİLƏNİB

 23:14 28.05.2025     598

Türkiyənin Antalya şəhərində iki qrup arasında çıxan münaqişə zamanı iki dəfə bıçaqlanan Muay Tay Federasiyasının prezidenti Araz Musayev əməliyyat olunacaq.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə ilə bağlı qaçmağa çalışan 2 Azərbaycan vətəndaşı Antalya hava limanında saxlanılıb.

***

17:47

Furkanoğlu Dəmiryumruk Standı və Muay Tay Federasiyasının prezidenti Araz Musayev Türkiyədə bıçaqlanıb.

Redaktor.az xəbər verir ki, baku.ws-in əldə etdiyi görüntülərdə Araz Musayevin vəziyyətinin ağır olduğu müşahidə edilir.

Xatırladaq ki, Araz Musayev barəsində mətbuatda bir neçə qalmaqallı məqalə yayımlanmışdı. Jurnalistləri hədələdiyi üçün Araz Musayev ötən il fövqəladə hallar orqanlarından xaric edilib.