Merts "Şimal axınları"nın işə salınmasına yol verməyəcəyini AÇIQLADI

 19:02 28.05.2025     128

Almaniya "Şimal axını 1" qaz kəmərinin işinin bərpasına və "Şimal axını 2"nin işə başlamasına icazə verməyəcək.

Redaktor.az  xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts söyləyib.

"Biz "Şimal axını 2"nin işə salınmaması üçün əlimizdən gələni edəcəyik", – o bildirib.

Qeyd edək ki, "Şimal axını 2"nin çəkilişinə 2018-ci ildə başlanılıb. Almaniya iqtidarı qaz kəmərinin sertifikatlaşdırılması prosesini dayandırıb, ABŞ isə “Nord Stream 2 AG” layihə şirkətini sanksiya siyahısına daxil edib.

Xatırladaq ki, 2022-ci il sentyabrın 26-da Baltik dənizinin dibindən keçən "Şimal axını 1" və "Şimal axını 2" qaz kəmərlərinin dörd borusundan üçünə ziyan vurmuş partlayışlar baş vermişdi. Qaz sızması nəticəsində onlar istismar üçün yararsız hala düşmüşdü.