İsveç Rusiya ilə müharibəyə hazırlaşır

 09:31 29.05.2025     173

İsveç Rusiya ilə mümkün hərbi münaqişə ssenarisində silahlı qüvvələrin operativ şəkildə köçürülməsi üçün nəqliyyat dəhlizlərini hazırlayır və modernləşdirir.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın Stokholmdakı səfiri Sergey Belyayev məlumat verib.

“İsveç hökuməti birləşmiş hərbi hissələrin ölkənin şimal bölgələrindən Baltikyanı və Finlandiyaya potensial operativ köçürülməsi üçün mövcud nəqliyyat dəhlizlərini fəal şəkildə modernləşdirir və genişləndirir”, – deyə diplomat bildirib.

Rusiya KİV-lərinin yaydığı məlumata görə, bu addım İsveçin regionda gərginliyin artacağı ehtimalına qarşı əvvəlcədən hazırlıq gördüyünü göstərir.

Aytəkin TOFİQQIZI