Putin Paşinyanı təbrik ETDİ

 10:48 29.05.2025     198

Rusiya Prezidenti Vladimir Putin Avrasiya İqtisadi İttifaqının (Aİİ) yaradılması günü münasibətilə Ermənistanın baş naziri Nikol Paşinyanı, Belarus Prezidenti Aleksandr Lukaşenkonu, Qazaxıstan lideri Kasım-Jomart Tokayevi və Qırğızıstan Prezidenti Sadır Joparovu təbrik edib.

Redaktor.az xəbər verir ki, bu barədə Kremlin rəsmi Teleqram kanalında məlumat verilib.

Putin təbrikində bildirib: “Əminəm ki, biz konstruktiv çoxtərəfli əməkdaşlığı hər cür – xalqlarımızın mənafeyi naminə, Avrasiya məkanında firavanlıq və sabitliyin təmin edilməsi maraqları naminə davam etdirəcəyik.”

Rusiya lideri həmçinin Aİİ-nin uğurla inkişaf etdiyini vurğulayıb və təşkilat çərçivəsində vahid bazarın formalaşmasına diqqət çəkib.

Aİİ-nin məqsədi üzv ölkələr arasında iqtisadi əlaqələrin gücləndirilməsi və inteqrasiyanın dərinləşdirilməsidir. Təşkilatın üzvləri arasında Rusiya, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan yer alır.

Aytəkin TOFİQQIZI