Türkiyədə 35 mindən çox zərərli internet saytına giriş qadağan olundu

 13:51 29.05.2025     206

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu, 2025-ci ilin ilk beş ayında ölkədə 35 min 416 zərərli internet ünvanına girişin bloklandığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, nazir Uraloğlu, Bilgi Teknolojileri və İletişim Kurumu (BTK) tərəfindən təşkil olunan “15-ci Beynəlxalq Elektron Rabitə və Poçt Tənzimləyiciləri Konfransı”nda çıxış edərək bildirib ki, bu dövrdə 4 min 715 kiber təhlükəsizlik boşluğu müəyyən edilib.

Uraloğlu, Türkiyənin Ulusal Siber Olaylara Müdahale Merkezi (USOM) mərkəzli qurduğu sistemlə uğurlu nəticələr əldə etdiyini qeyd edərək deyib: “Yerli və milli proqram təminatları ilə kritik sahələrdə qurulan sektoral və qurumsal müdaxilə qrupları sayəsində ölkəmizin kiber təhlükəsizliyi təmin edilir. Hazırda 2 min 346 SOME və 8 min 80 qeydiyyatlı mütəxəssislə minlərlə hücum dəf edilir".

Nazir çıxışında, Türkiyənin rəqəmsal transformasiya yolunda beynəlxalq əməkdaşlıq və yenilikçi yanaşmalarla daha güclü bir informasiya infrastrukturu qurmağa davam edəcəyini bildirib.

Kənan YUSİF 

Vumart və Güvən reklamı Vumart Güvən