İstanbulda çirklənməyə səbəb olan tanker 16 milyon lirə CƏRİMƏLƏNDİ

İstanbulun Avcılar sahillərində 29 mart 2024-cü ildə lövbər salan və ətraf mühitin çirklənməsinə səbəb olan tankerə 16 milyon 349 min lirə cərimə tətbiq edilib.
Redaktor.az xəbər verir ki, 183 metr uzunluğunda və 32 metr enində olan, Antigua və Barbuda bayrağı daşıyan kimyəvi maddə və neft məhsulları tankeri axşam saatlarında havaya qalın tüstü buraxıb. Hadisə ilə bağlı edilən şikayətlərdən sonra Avcılar Sahil Təhlükəsizlik Komandanlığı hadisəyə müdaxilə edib.
Aparılan araşdırmalarda tankerin buraxdığı tüstü səbəbilə bölgədə ətraf mühit çirkliliyinin yarandığı müəyyən olunub. Sahədən götürülən nümunələr laboratoriyaya göndərilib. Çirkliliyə səbəb olan tankerlə bağlı Çevrə Ajansı tərəfindən yüksək məbləğdə cərimə qərarı verilib.
Kənan YUSİF