Türkiyədə bayramda 3 milyon 350 min qurbanlıq heyvanın kəsiləcəyi proqnozlaşdırılır

 14:00 29.05.2025     160

"Türkiyə Ziraat Odaları Birliyi"nin (TZOB) sədri Şəmsi Bayraktar, qarşıdan gələn Qurban Bayramında təxminən 750 min iri buynuzlu, 2 milyon 600 min xırda buynuzlu olmaqla ümumilikdə 3 milyon 350 min qurbanlıq heyvanın kəsiləcəyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, Bayraktar açıqlamasında Qurban Bayramının xüsusilə heyvandarlıq sektoru üçün "can suyu" xarakteri daşıdığını bildirib. O, bayramın ölkə iqtisadiyyatı üçün də əhəmiyyətli olduğunu vurğulayıb.

"Bu il təxminən 750 min iri buynuzlu və 2 milyon 600 min xırda buynuzlu heyvanın qurbanlıq olaraq kəsiləcəyini təxmin edirik. Lakin bayrama az müddət qaldığı bu günlərdə istehsalçılarımız, satışların əvvəlki illərlə müqayisədə daha zəif olduğunu bildirir", – deyə Bayraktar qeyd edib.

Kənan YUSİF