İstanbulda 3 mərtəbəli restoranda yanğın baş VERDİ

 14:05 29.05.2025     192

İstanbulun Beşiktaş rayonunda yerləşən 3 mərtəbəli restoranda yanğın çıxıb. Alovlar yanğınsöndürənlərin müdaxiləsi nəticəsində nəzarət altına alınıb. Hadisə zamanı tüstüdən zəhərlənən bir işçiyə hadisə yerində tibbi yardım göstərilib.

Redaktor.az xəbər verir ki, Beşiktaş körpüsünün yaxınlığında yerləşən Çiğdem küçəsindəki restoranda yanğın naməlum səbəbdən başlayıb. Qısa müddətdə böyüyən alovlar binanın terrasına qədər yayılıb.

Hadisə yerinə dərhal yanğınsöndürmə, polis və təcili tibbi yardım qrupları cəlb olunub.

Yanğın tamamilə söndürüldükdən sonra bir nəfər əməkdaşın tüstüdən zərər gördüyü və hadisə yerində təcili yardım maşınında müalicə olunduğu bildirilib.

Hadisə nəticəsində obyektə maddi ziyan dəyib, yanğının səbəbi ilə bağlı araşdırma aparılır.

Kənan YUSİF