İtaliyada Katolik Kilsəsində 115 nəfər cinsi istismara məruz QALIB

 14:09 29.05.2025     228

İtaliyada Katolik Kilsəsinin ali qurumu olan İtaliya Piskoposlar Konfransı (CEI) 2023-2024-cü illər üzrə üçüncü hesabatını açıqlayıb. Hesabata görə, kilsədə cinsi istismar və hücuma məruz qalanların sayı 115 nəfər olub.

Redaktor.az xəbər verir ki, CEI-nin verdiyi məlumata görə, bu şəxslərdən 64-ü kişi, 51-i isə qadındır. Cinsi istismarda adı hallanan 67 nəfərdən 65-i kişidir, onların 44-ü isə kilsədə rəsmi vəzifə tutan din adamlarıdır.

Hesabatda ən çox zərərçəkmişlərin 10-14 yaş arası uşaqlar olduğu və bu yaş qrupunun ümumi zərərçəkənlərin 31,3 faizini təşkil etdiyi qeyd olunub.

İtaliya mətbuatı isə istismar hallarının artmaqda olduğuna diqqət çəkib və bu məsələnin kilsədəki etimad böhranını daha da dərinləşdirdiyini vurğulayıb.

Kənan YUSİF