HƏMAS Qəzzada atəşkəslə bağlı yeni təklif aldığını AÇIQLADI

HƏMAS ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Qəzzada atəşkəslə bağlı yeni təklifini vasitəçilərdən aldığını bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə HƏMAS-ın yaydığı bəyanatda qeyd olunub.
“Biz vasitəçilərdən Uitkoffun yeni təklifini aldıq və davamlı atəşkəsə nail olmaq üçün onu məsuliyyətlə öyrənirik”, - bəyanatda deyilir.