Putin Nazarbayevlə GÖRÜŞDÜ

Rusiya Prezidenti Vladimir Putin Moskvada səfərdə olan Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevlə görüşüb.
Redaktor.az xəbərinə görə, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Bu gün prezident Kremldə Moskvada olan Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevlə görüşüb", - o bildirib.
Tərəflərin hansı məsələləri müzakirə etdikləri açıqlanmayıb.