Sərhədçilər 24 milyon dollarlıq narkotik maddə müsadirə ETDİ

 23:21 29.05.2025     106

Misirdə sərhəd qoşunları 24 milyon dollar dəyərində narkotik partiyası ələ keçirib.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə ölkənin silahlı qüvvələri məlumat yayıb.

Narkotiklər içərisində tərəvəz olan yük maşınında gizlədilib. Çəkisi 12 min kiloqramdan çox olan yük Süveyş kanalının altından keçən Əhməd Həmdi tunelinin yaxınlığında müsadirə edilib.

Əldə edilmiş əşyalar qanuni tədbir görülməsi üçün aidiyyəti qurumlara təhvil verilib.

Turan İSMAYIL