Dələduzlar DİN-dən məlumatları oğurlamaq üçün saxta sayt yaradıblar

Fırıldaqçılar rusların şəxsi məlumatlarını əldə etmək üçün Rusiya Daxili İşlər Nazirliyinin saxta internet saytı yaradıblar.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyalarından qeyri-qanuni istifadəyə qarşı mübarizənin təşkili idarəsi məlumat yayıb.
“Rusiya Daxili İşlər Nazirliyinin rəsmi saytını təqlid edən fişinq resursu nümunəsi saxta şəxsi məlumatların əldə edilməsi və çoxkomponentli fırıldaqçılıq sxemlərində istifadə üçün nəzərdə tutulub”, - açıqlamada deyilir.
Daxili İşlər Nazirliyi xəbərdarlıq edib ki, bu resurs artıq bloklanmaya göndərilib, lakin buna bənzərlər də yarana bilər.
"Rusiya Daxili İşlər Nazirliyinin rəsmi saytı mvd.rf-dir. Fişinq ünvanlarında tez-tez xətalar olur (məsələn, mvd-ru.com) və ya .xyz, .biz kimi zonalardan istifadə olunur", - idarədən əlavə ediblər.
Turan İSMAYIL