Apellyasiya məhkəməsi Trampın ticarət tariflərini bərpa etdi

 23:46 29.05.2025     159

ABŞ-də apellyasiya məhkəməsi Ağ Ev rəhbəri Donald Trampın ticarət tariflərinin tətbiqi ilə bağlı verdiyi sərəncamları bərpa edib. 

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

"Dərhal inzibati həbs haqqında vəsatət o dərəcədə təmin edilir ki, Beynəlxalq Ticarət Məhkəməsinin bu işlərlə bağlı çıxardığı qərarlar və daimi göstərişlər bu Məhkəmə vəsatətlərə baxarkən növbəti bildiriş gələnə qədər müvəqqəti olaraq saxlanılır", - məhkəmənin qərarında deyilir.

Mayın 28-də ABŞ Beynəlxalq Ticarət Məhkəməsi dövlət başçısının tətbiq etdiyi gömrük rüsumlarının qarşısını alıb. Məhkəmənin qərarında Trampın Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktı ilə prezidentə verilən səlahiyyətləri aşdığı vurğulanıb.

CNN xəbər verir ki, qərar avtomobil və avtomobil hissələri, alüminium və polad tədarükü tariflərinə şamil edilmir.

Xatırladaq ki, aprelin 2-də Tramp 185 ölkə üçün idxal tariflərinin yeni sistemini tətbiq edib.

Turan İSMAYIL