ABŞ-dən NATO ilə bağlı açıqlama

 10:50 30.05.2025     131

ABŞ Şimali Atlantika Alyansının (NATO) Rusiya sərhədlərinə qədər genişlənməsini dayandırmağa hazır olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq ABC News telekanalına verdiyi müsahibədə məlumat verib.

Kelloqun sözlərinə görə, Vaşinqton Moskvanın bu məsələ ilə bağlı narahatlığını başa düşür və buna hörmətlə yanaşmağa hazırdır. “Biz Rusiyaya deyirik: ‘Yaxşı, biz NATO-nun sizin sərhədlərinizə genişlənməsini dayandırmağa hazırıq’. Axı bu məsələ həqiqətən də onların təhlükəsizliyinə aiddir”, – deyə o qeyd edib.

Xüsusi nümayəndə bildirib ki, bu qərar, Rusiya ilə münasibətlərdə gərginliyin azaldılması və təhlükəsizliklə bağlı qarşılıqlı anlaşmanın qurulması istiqamətində atılan mühüm addımdır. Kelloq əlavə edib ki, ABŞ tərəfi dialoqa açıqdır və regional sabitliyi təmin etmək üçün qarşılıqlı güzəştləri nəzərdən keçirməyə hazırdır.

Aytəkin TOFİQQIZI