Trampdan Maskla bağlı açıqlama

ABŞ Prezidenti Donald Tramp mayın 30-nun amerikalı sahibkar İlon Maskın ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri kimi işinin son günü olacağını açıqlayıb.
Redaktor.az xəbər verir ki, onun şərhi “Truth” sosial şəbəkəsindəki səhifəsində dərc olunub.
Maskın ABŞ administrasiyasındakı postunu tərk etmək qərarı mayın 29-da məlum olub.Milyarder müraciətində Trampa ölkə hökumətinin “israf xərclərini” azaltmaq imkanına görə təşəkkür edib. "DOGE missiyası zaman keçdikcə daha da güclənəcək, çünki bu, bütün hökumətin həyat tərzinə çevriləcək".
Aytəkin TOFİQQIZI