Çimdiyi sudan sabun hazırlatdırıb satacaq - FOTO

Dünyaca məşhur amerikalı aktrisa Sidni Suini çimdiyi sudan sabun hazırlatdıraraq satışa çıxaracaq.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, ən çox kişi pərəstişkarı olan 27 yaşlı Suininin vannada çimdiyi su atılmır, fabrikə göndərilir və ondan sabun hazırlanır.
Bildirilir ki, sabun cəmi 5000 ədəd istehsal olunacaq və iyunun 6-sı “Dr. Squatch” saytında satışa çıxarılacaq. Qiyməti isə 8 dollar olacaq. Sabun “Morning Wood” (“Dr. Squatch”dan məşhur ətir) qoxusunu daşıyır.
Suini sabunların üzərinə “Hamam suyundan hazırlanmışdır” etiketini da əlavə edib.
Onun bu addımı maraqla qarşılanıb. Bəzi izləyicilər kiminsə hamam suyu ilə hazırlanmış sabunu almaq istəyəcəyinə şüphə ilə yanaşıblar. Bəziləri isə sabunu qeyri-adi kolleksiya əşyası kimi almaq istədiyini bildirib.