Putinin xüsusi nümayəndəsi Kelloqun açıqlamasına cavab verdi

Rusiya Prezidenti Vladimir Putinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloqun NATO-nun genişlənməsi ilə bağlı açıqlamasına münasibət bildirib.
Redaktor.az xəbər verir ki, Dmitriyev bu haqda "X" sosial şəbəkəsində yazıb.
O, Ukrayna böhranının fundamental səbəblərinin aradan qaldırılmasının vacibliyini vurğulayıb.
“Ukrayna böhranının əsas səbəbləri aradan qaldırılmalıdır. Qlobal təhlükəsizlik aydın ağıl və real yanaşmalar tələb edir”, – Dmitriyev “X” sosial şəbəkəsində yazıb.
Aytəkin TOFİQQIZI