Nigeriyada daşqınlar nəticəsində ən azı 117 nəfər ÖLDÜ

Nigeriyanın mərkəzi hissəsində daşqınlar nəticəsində ölənlərin sayı 117-yə çatıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Niger ştatının fövqəladə hallar xidmətinin rəhbəri İbrahim Hussainiyə istinadən məlumat yayıb.
Mayın sonunda Nigeriyada yağan uzunmüddətli leysan yağışları Mokva rayonunda daşqınlara səbəb olub.
Təbii fəlakət nəticəsində 50 ev sakinləri ilə birlikdə suyun altında qalıb.
Axtarış-xilasetmə əməliyyatları davam edir.