Papara şirkətinə qanunsuz mərc əməliyyatı: 15 nəfər məhkəməyə göndərildi

 20:47 30.05.2025     150

İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən Papara Elektron Pul Şirkətinə qarşı başladılan istintaq çərçivəsində, qanunsuz mərc oyunlarının həyata keçirilməsinə vasitəçilik etdiyi iddia edilən 15 nəfər, o cümlədən şirkətin sahibi Əhməd Faruk Karslı, həbs tələbi ilə məhkəməyə göndərilib.

Redaktor.az xəbər verir ki, istintaqda Papara Elektron Pul Şirkətinin qanunsuz mərc şəbəkələrinin pul köçürmələrində vasitəçi rolunda çıxış etdiyi və bu məqsədlə platformadan istifadə olunduğu bildirilir.

Şübhəlilərə qarşı “cinayət məqsədilə təşkilat qurmaq”, “təşkilata üzv olmaq”, “cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması” və “idman mərc oyunları haqqında qanunu pozmaq” kimi ittihamlar irəli sürülüb.

Örgütlü Cinayətlər İstintaq Bürosunda 4 prokuror tərəfindən ifadələri alınan 15 nəfərin hər biri tutularaq İstanbul Sulh Cinayət Hakimliyinə göndərilib.

Məsələ ilə bağlı istintaq davam etdirilir.

Kənan YUSİF