İstanbulda İŞİD əməliyyatı: 2 nəfər həbs edildi

 21:30 30.05.2025     144

İstanbulda terror təşkilatı İŞİD-ə qarşı həyata keçirilən əməliyyat çərçivəsində saxlanılan 2 şübhəli şəxs məhkəmə qərarı ilə həbs olunub.

Redaktor.az xəbər verir ki, İstanbul Təhlükəsizlik Müdirliyinin Terrorla Mübarizə Şöbəsi əməkdaşları tərəfindən İŞİD silahlı terror təşkilatı ilə əlaqədə olan və təşkilatın təbliğatını aparan şəxslərə qarşı aparılan araşdırmalar nəticəsində saxlanılan şübhəlilərin polis idarəsindəki istintaq prosesi başa çatıb.

Daha sonra məhkəməyə göndərilən şübhəlilər, növbətçi sulh cinayət hakimliyi tərəfindən barələrində həbs qətimkan tədbiri seçilərək həbs edilib. 

Kənan YUSİF