ABŞ yaşıl layihələrə ayrılan dövlət dəstəyini ləğv EDİR

 23:28 30.05.2025     152

ABŞ Energetika Nazirliyi Donald Tramp administrasiyasından əlavə dəstəyə layiq olmadığına inandığı təmiz enerji layihələri üçün federal dəstəyin təxminən 3,7 milyard dollarını ləğv edir.

Redaktor.az xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” idarənin məlumatına istinadən məlumat yayıb.

“Energetika Nazirliyi belə qənaətə gəlib ki, bu layihələr amerikalıların ehtiyaclarını ödəmir, iqtisadi cəhətdən əlverişsizdir və vergi ödəyiciləri üçün sərmayədən müsbət gəlir gətirməyəcək”, - məlumatda bildirilib.

Energetika Nazirliyi qeyd edib ki, 24 layihədən 16-sı üçün resurs ABŞ-nin əvvəlki prezidenti Cozef Baydenin administrasiyası tərəfindən 2024-cü ilin noyabrında keçirilən seçkilərdən Trampın 2025-ci il yanvarın 20-də andiçmə mərasiminə qədər olan dövr üçün ayrılıb.