Məşhur aktrisa vəfat ETDİ

Amerikalı aktrisa Loretta Svift vəfat edib.
Redaktor.az xəbər verir ki, izləyicilərə Koreya müharibəsindən bəhs edən "MASH" serialında oynadığı Marqaret Hulihan rolu ilə tanış olan L. Svift 87 yaşında dünyasını dəyişib.
1972 - 1983-cü illərdə CBS telekanalında nümayiş olunan serial dövrünün rekord sayda izləyiciyə malik ekran əsərlərindən sayılıb. Belə ki, təkcə son seriyasını 100 milyon tamaşaçı izləyib.
Qeyd edək ki, publisist Harlan Boll aktrisanın yaşla əlaqəli səbəblərdən öldüyünü açıqlayıb.