HƏMAS ABŞ-nin Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim ETDİ

HƏMAS ABŞ Prezidentinin nümayəndəsi Stiv Uittkoffun Qəzza zolağında atəşkəslə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib.
Redaktor.az xəbər verir ki, bu barədə HƏMAS-ın bəyanatında qeyd edilib.
Bildirilib ki, HƏMAS 10 girovu azad etməyə və 18 cəsədi təhvil verməyə razılaşıb.
“Məsləhətləşmələrdən sonra biz bu gün ABŞ nümayəndəsi Stiv Uitkoffun təklifinə öz cavabımızı təqdim etdik. Biz davamlı atəşkəs, Qəzza zolağından hərtərəfli geri çəkilmə daxil olmaqla, cavabımızı təqdim etdik”, - qeyd edilib.
Məlumata əsasən, razılaşdırılmış sayda fələstinli məhbus müqabilində 10 sağ girov azad ediləcək və 18 cəsəd təhvil veriləcək.