İzmirdə meşə yanır, 7 helikopter cəlb olundu

 20:50 31.05.2025     159

Türkiyənin İzmir şəhərində meşə yanır.

Redaktor.az xəbər verir ki, hadisə Aliağa rayonunda qeydə alınıb.

Hazırda yanğının söndürülməsi istiqamətində havadan və qurudan müdaxilə edilir.

Əraziyə bir təyyarə, yeddi helikopter və digər texniki vasitələr cəlb olunub.

Hadisənin səbəbi bəlli deyil.