Türkiyədə ağır yol qəzasında 15 nəfər YARALANDI

 21:21 31.05.2025     218

Türkiyənin Muğla şəhərinin Bodrum rayonunda ağır yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, işçiləri daşıyan avtobusla minik avtomobilinin toqquşması nəticəsində 15 nəfər xəsarət alıb.

Yaralılar ətrafdakı xəstəxanalara yerləşdiriliblər.

Qəzanın səbəbi və xəsarət alanların durumu məlum deyil.

Vumart və Güvən reklamı Vumart Güvən