"Mən narkotik istifadə etmirəm!" - Mask

 12:28 01.06.2025     237

Amerikalı milyarder İlon Mask “The New York Times“ nəşrinin 2024-cü il seçki kampaniyası zamanı narkotik istifadəsi ilə bağlı ittihamlarını təkzib edib.

Redaktor.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Qəti şəkildə bildirirəm ki, mən narkotik istifadə etmirəm! The New York Times bacardığı qədər yalan danışdı", – deyə o, yazıb.

Maskın sözlərinə görə, bir neçə il əvvəl reseptlə ketamin qəbul edib və bu barədə müsahibəsində danışıb.

"O, qaranlıq ruh halından çıxmağa kömək edir, lakin o vaxtdan bəri onu istifadə etmirəm", – deyə milyarder əlavə edib.

Yaxınlarda “The New York Times“ öz mənbələrinə istinad edərək yazıb ki, ötən il Mask ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçki kampaniyası zamanı müttəfiqlərindən biri olduğu vaxtda, narkotik maddələrdən "əvvəllər daha intensiv şəkildə" istifadə edib.

"Narkotik istifadəsi Mask üçün epizodik olmayıb. O, insanlara o qədər ketamin qəbul etdiyini bildirib ki, bu onun sidik kisəsinə təsir edib, bu isə ketaminin xroniki istifadəsi nəticəsində məlum olan haldır", – məqalədə qeyd olunub.