Lukaşenko Çinə getdi

 10:32 02.06.2025     149

Belarus Prezidenti Aleksandr Lukaşenko Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpinlə görüşü planlaşdırılan Pekinə səfər edib.

Redaktor.az xəbər verir ki, bu barədə “Pool of the First” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, dövlət başçıları əvvəlcə təkbətək görüş keçirəcək, daha sonra isə Belarus-Çin münasibətlərinin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri barədə qeyri-rəsmi müzakirələr aparacaqlar. Görüşdə beynəlxalq əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetiriləcək.

Bununla yanaşı səfər çərçivəsində Lukaşenkonun digər yüksək səviyyəli danışıqlar və görüşlər keçirməsi də planlaşdırılır.

Aytəkin TOFİQQIZI