Tramp “Bayden klonları” nəzəriyyəsinə reaksiya verdi

 10:40 02.06.2025     141

ABŞ-nin Prezidenti Donald Tramp 2020-ci ildə sələfi Co Baydenin klonlarla əvəz olunduğu barədə irəli sürülən nəzəriyyəni yenidən gündəmə gətirib.

Redaktor.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində müvafiq nəşrə keçid paylaşaraq nəzəriyyəni dolayısı ilə təkrarlayıb.

“Bayden klonları, doppelqangerlər və robot-ruhsuz beyinsiz varlıqlar, gördüyünüz budur. Demokratlar fərqi bilmirlər”, - deyə orijinal yazıda bildirilir.

Qeyd olunur ki, Tramp paylaşdığı bu məqaləyə birbaşa münasibət bildirməyib və şərh yazmayıb.

Aytəkin TOFİQQIZI