Ukrayna özünü müdafiə etməkdə uğurlu görünür - Danimarka Baş naziri

Danimarkanın Baş naziri Mette Frederiksen Ukraynanın Rusiya aviabazalarına son hücumları zamanı Kiyevin özünü müdafiə etməkdə uğurlu göründüyünü bildirib.
Redaktor.az "Reuters"ə istinadla xəbər verir ki, o, Litvanın paytaxtı Vilnüsdə keçirilən Şimali, Baltikyanı və Şərqi Avropa liderlərinin görüşündə çıxışı zamanı Ukraynanın “özünü müdafiə etmək hüququna malik olduğunu və bəzən bunun hücumla cavab verməyi tələb etdiyini” qeyd edib.
Frederiksen, həmçinin Avropanın yenidən silahlanmasının və Şərq cinahının gücləndirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Ukraynanın daxili kəşfiyyat xidməti Rusiya aviabazalarına edilən hücumların “Hörümçək toru əməliyyatı” çərçivəsində planlaşdırıldığını açıqlayıb.