Türkiyə Putinlə Zelenskini görüşdürmək istəyir

 14:39 02.06.2025     154

Türkiyə ümid edir ki, İstanbuldakı danışıqlar Vladimir Putin və Vladimir Zelenski arasında görüşə gətirib çıxaracaq.

Redaktor.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Türkiyə Prezidentinin  administrasiyasından bildirilib.

Ötən həftə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Rusiya, Ukrayna və ABŞ liderlərinin görüşünə ev sahibliyi etməyə hazır olduğunu bəyan edib.