Ukrayna və Rusiya cəsədlərin yeni mübadiləsi ilə bağlı razılığa GƏLDİ

Ukrayna və Rusiya nümayəndə heyətləri İstanbulda keçirilən danışıqların ikinci raundunda ölənlərin cəsədlərinin yeni mübadiləsinə dair razılığa gəliblər.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ukrayna nümayəndə heyətinə rəhbərlik edən Ukraynanın müdafiə naziri Rustem Umerov brifinqdə bildirib.
“Biz həmçinin 6000 ölü əsgər üçün 6000 cəsədin qaytarılması ilə bağlı razılığa gəldik", - o deyib.
Umerov bu cür mübadilənin vaxtı və digər detalları açıqlamayıb.
Xədicə BAXIŞLI