Makronun 40 min avroluq mum heykəli oğurlandı

 20:09 02.06.2025     160

Fransa prezidenti Emmanuel Makronun mumdan hazırlanmış heykəli Parisdəki Qrevin muzeyindən oğurlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Franceinfo” radiosu mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, iki qadın və bir kişi muzey işçisi kimi geyinərək heykəli yanğın nərdivanından keçiriblər.

Daha sonra naməlum şəxs muzeylə əlaqə saxlayıb və fiquru götürdüklərini bildirib. Özünü “Greenpeace” beynəlxalq ətraf mühit təşkilatının üzvü kimi təqdim edən şəxs barədə dərhal polisə məlumat verilib.

Qeyd edək ki, mum fiqurun dəyəri 40 min avro təşkil edir.