Ankarada yol vermə mübahisəsində dönər bıçağı çıxaran şəxs SAXLANILDI

Ankara Valiliyi yol vermə üstündə baş verən mübahisə zamanı dönər bıçağı çıxaran şəxsin polis tərəfindən saxlanıldığını açıqlayıb.
Redaktor.az xəbər verir ki, Valilikdən verilən məlumata görə, “Yol vermə mübahisəsində dönər bıçağı çıxardı” başlıqlı xəbərlərin yayımlanmasının ardından polis tərəfindən dərhal araşdırma başladılıb.
Keçirilən əməliyyat nəticəsində hadisəni törədən şəxsin daha əvvəl 9 dəfə cinayət məsuliyyətinə cəlb olunan G.A. olduğu müəyyənləşdirilib.
Şübhəli şəxs hadisə zamanı istifadə etdiyi bıçaqla birlikdə ələ keçirilib və barəsində cinayət işi açılıb.
Kənan YUSİF