Əminə Ərdoğan Türk Qızıl Aypara Cəmiyyətinə qurban ianəsi ETDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan, Prezident Sarayında Türk Qızıl Aypara Cəmiyyətinin Başqanı Fatma Meriç Yılmazı qəbul edib. Görüş zamanı Əminə Ərdoğan Türk Qızıl Aypara Cəmiyyətinə qurban ianəsi təqdim edib.
Redaktor.az xəbər verir ki, prezidentlik mənbələrindən verilən məlumata görə, görüş zamanı Əminə Ərdoğan qurban vəkalətini ehtiyac sahiblərinə çatdırılması üçün Türk Qızıl Aypara Cəmiyyətinə təhvil verib.
Türk Qızıl Aypara Cəmiyyətinin həyata keçirdiyi insani yardım fəaliyyətlərini hər zaman dəstəklədiyini bildirən Əminə Ərdoğan, yerli və beynəlxalq humanitar yardımın əhəmiyyətini vurğulayıb və “Zülm altındakı bölgələrə edilən hər bir yardım, ümid işığı olmağa davam edir” deyə qeyd edib.
Türk Qızıl Aypara Başqanı Fatma Meriç Yılmaz da görüş zamanı qurumun milli və beynəlxalq fəaliyyətləri barədə məlumat verərək, Əminə Ərdoğana dəstəyinə görə təşəkkürünü bildirib və xatirə olaraq üzərində "Hilal-i Ahmer Çiçək Günü"nü əks etdirən tarixi fotolardan ibarət bir tablo hədiyyə edib.
Kənan YUSİF