Türkiyədə sahibsiz itlərin hücumuna məruz qalan şəxs YARALANDI

Türkiyənin Mərsin vilayətinin Toroslar bələdiyyəsi ərazisində sahibsiz itlərin hücumuna məruz qalan bir şəxs yaralanıb.
Redaktor.az xəbər verir ki, əldə edilən məlumata görə, 40 yaşlı Fatih Erasil, 31 may tarixində ailəsi ilə birlikdə gəzintiyə çıxdığı Çağdaşkent məhəlləsində yerləşən 68’liler Barış Ormanı ərazisində sahibsiz itlərin hücumuna məruz qalıb.
Hadisə zamanı ailəsi və ətrafdakıların müdaxiləsi ilə xilas edilən Erasil, sağ dizindən və sağ qolundan xəsarət alıb.
Yaralı, təcili tibbi yardım vasitəsilə Mərsin Şəhər Təhsil və Araşdırma Xəstəxanasına çatdırılıb və burada aparılan müalicədən sonra evə buraxılıb.
Kənan YUSİF