Kiyev NATO-nun Haaqa sammitinə dəvət EDİLDİ

 23:51 02.06.2025     212

Ukrayna NATO-nun iyunun sonunda Haaqada keçiriləcək  sammitinə dəvət olunub.

Redaktor.az xəbər verir ki, bu barədə Respublika Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında məlumat verib.

O, Şimali Atlantika Alyansının baş katibi Mark Rutte ilə görüşdüyünü vurğulayıb.

Zelenski qeyd edib ki, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andriy Sibiha həmkarları ilə infrastruktur və Haaqa sammitinin nəticələrinin nə ola biləcəyi barədə danışacaq.

Bundan əvvəl Rutte bəyan etmişdi ki, NATO-ya üzv olan bütün ölkələr Ukraynanın alyansa qoşulmasına razıdırlar və bu məsələnin Moskva ilə Kiyev arasında sülh danışıqlarının bir hissəsi ola bilməyəcəyini vurğulayıb.

Zelenski həmçinin bildirib ki, Qərb Rusiyaya göstərməlidir ki, o, bütövlükdə Şimali Atlantika Alyansına və ya ayrı-ayrı NATO üzvlərinə təsir edə bilməz. Onun sözlərinə görə, Rusiya “Avropaya qarşı çıxmaq qərarına gəlib” və buna görə də Qərbin gələcəyi ilə bağlı qərarların qəbulunda Moskvanın yeri yoxdur. Ukrayna lideri hesab edir ki, bunu NATO-nun qarşıdan gələn sammitində nümayiş etdirmək lazımdır.

Turan İSMAYIL