Türkiyədə güclü zəlzələ - 1 ölü, 69 yaralı var

 08:55 03.06.2025     287

Türkiyənin Muğla şəhərinin Marmaris bölgəsində 5,8 bal gücündə zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar Marmarisdən 10,43 km məsafədə - Aralıq dənizində qeydə alınıb. 

Yerli vaxtla 02:17-də (Bakı vaxtı ilə 03:17) qeydə alınmış zəlzələnin ocağı 67,91 km dərinlikdə yerləşib.

Zəlzələ İzmir, Antalya və bir çox vilayətdə hiss olunub.

***

“TRT Haber”in məlumatına görə,  Muğla valisi İdris Akbıyık baş vermiş güclü zəlzələ zamanı 11 nəfərin yaralandığını açıqlayıb.

“Hündürlükdən tullanma və panik atak nəticəsində 11 yaralımız var”, - deyə Akbıyık qeyd edib.

Onun sözlərinə görə, hər hansı dağıntı olmayıb.

***

Muğla valisi İdris Akbıyık zəlzələ zamanı təşvişə düşmüş bir nəfərin öldüyünü, 69 nəfərin yaralandığını bildirib.

Görüntüləri təqdim edirik: