Tramp Polşada keçirilən prezident seçkilərində həlledici rol oynayıb

 09:35 03.06.2025     183

ABŞ-nin Prezidentu Donald Trampın dəstəyi Karol Navroçkinin Polşada keçirilən prezident seçkilərində qələbə qazanmasında mühüm rol oynayıb.

Redaktor.az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) məlumat yayıb.

Nəşrin məlumatına görə, Navroçki seçkilərdən cəmi altı ay əvvəl ölkə ictimaiyyətinə kifayət qədər tanış deyildi. Lakin mayın 1-də Tramp ilə baş tutan görüş onun beynəlxalq nüfuzunu artırıb və seçicilərin etimadını qazanmasına kömək edib.

Paris Siyasi Tədqiqatlar İnstitutunun professoru, Mərkəzi və Şərqi Avropa üzrə ekspert Jak Rupnik bildirib ki, ABŞ-nin dəstəyi “ölkəni beynəlxalq səviyyədə təmsil edə biləcək birinə inamın yaradılması baxımından” əhəmiyyətli olub.

Aytəkin TOFİQQIZI