Tehran ABŞ-nin təklif etdiyi razılaşmanı uyğunsuz hesab edir

ABŞ və İran arasında yeni nüvə sazişi ilə bağlı danışıqlarda irəliləyişin tempi zəifləyib.
Redaktor.az xəbər verir ki, bu barədə CNN İran rəsmilərinə istinadən məlumat yayıb.
Tehran son təqdim olunan razılaşma təklifini “uyğunsuz və bir-biri ilə əlaqəsiz” hesab edir.
İranın yüksək rütbəli rəsmisi bildirib ki, təklif olunan sənəd ciddi ziddiyyətlər və natamam mexanizmlərlə doludur. Bu qiymətləndirmə, ABŞ Prezidenti Donald Trampın ötən həftəki nikbin açıqlamaları ilə ziddiyyət təşkil edir. Tramp administrasiyası nüvə sazişi üzrə “həll yoluna çox yaxın olduqlarını” bəyan etmişdi.
Aytəkin TOFİQQIZI