"Tesla" Hindistanda avtomobil istehsalı ilə maraqlanmır

 10:55 03.06.2025     248

İlon Maska məxsus elektrikli nəqliyyat vasitələri nəhəngi "Tesla" Hindistanda avtomobil istehsalı ilə maraqlanmır.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin ağır sənaye naziri H.D Kumarasvami məlumat verib.

Nazir bu açıqlamanı Hindistan hökumətinin ölkədə elektrikli avtomobil istehsalını təşviq etmək məqsədilə yeni proqramının təfərrüatlarını təqdim etdiyi gün səsləndirib.

Bu, Hindistanın "Tesla"nın investisiya qərarına təsir edə bilmədiyini ilk dəfə açıq şəkildə etiraf etməsidir.

Bununla belə, nazir Kumarasvami bildirib ki, "Tesla" Hindistanda iki satış salonu açacaq və ölkədə pərakəndə satış sahəsində fəaliyyət göstərəcək.

Xədicə BAXIŞLI