Qadın qiyafəsinə girib ədavəti olduğu şəxsi ÖLDÜRDÜ

 16:46 03.06.2025     263

17 yaşlı şübhəli qadın qılığına girərək taksi ilə sənaye sahəsinə gedərək orada ədavət olduğu şərikini tapança ilə vuraraq öldürüb.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Türkiyənin Mersin şəhərində baş verib və artıq 4 nəfər şübhəli saxlanılıb. 

Əldə edilən məlumata görə, yük maşını təmiri sexində işləyən 35 yaşlıı Rıdvan Güner  güllələnərək öldürülüb. 

Qətlə bağlı araşdırmalar başlayıb və hadisəni törədən 17 yaşlı M.A adlı şübhəli, onun yaxınları Y.K., M.E. ilə birlikdə təhrikçi olduqları iddia edilən şəxsləri həbs edilib. 

Qətlin qan davası zəminində törədildiyi iddia edilib. İddiaya görə, illər öncə hazırda qətli tərədən şəxsin qardaşı da güllələnərək öldürülüb. Məhz qətlin də qisas məqsədi ilə törədildiliyi iddia edilib. 

Vasif ƏLİHÜSEYN