Ukrayna Krım köpüsünü partlatmağa cəhd etdi - VİDEO

 17:24 03.06.2025     304

Ukrayna Təhlükəsizlik Xidməti Krım körpüsünün dayaqlarını partlatmağa cəhd edib.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar Krım körpüsünə üçüncü hücumu həyata keçiriblər. Zərbələr bu dəfə onun sualtı hissəsinə olub.

Belə ki, əməliyyata bir neçə ay idi ki, hazırlıq gedirmiş. Ukrayna Təhlükəsizlik Xidmətinin agentləri körpünün dayaqlarını minalayıblar. 1100 kq partlayıcının partlaması nəticəsində dayaqların sualtı konstruksiyaları dəniz dibi səviyyəsində xeyli zədələnib. 

Bu gün yerli vaxtla səhər saat 9 radələrində Krım körpüsündə hərəkətin 3 saatdan çox bağlandığı qeyd olunub.

Ukrayna tərəfi bununla bağlı açıqlama da yayıb: “Rusiya Federasiyasının qeyri-qanuni obyektlərinin Ukrayna ərazisində mövcud olmaq hüququ yoxdur. Onun düşmən tərəfindən öz qoşunlarını təchiz etmək üçün əsas logistik marşrut kimi istifadəsini nəzərə alsaq, Krım körpüsü qanuni hədəfdir. Krım Ukraynadır”.

Qeyd edək ki, Ukrayna tərəfi 2022 və 2023-cü ildə də Krım körpüsünü partlatmağa cəhd etmişdi.